Cənubi amerikalılar PSJ-dən getmək istəmir
Lionel Messi və Neymarın PSJ ilə bağlı planları bəlli olub. Argentinalı və braziliyalının klubu tərk etmək fikri yoxdur.
Cənubi amerikalılar gələcək mövsüm də Liqa 1 təmsilçisinin uğurları üçün çalışmağı planlaşdırır. PSJ-nin yayda Neymarı təxminən 100 milyon avroya satmaq istədiyi bildirilib. Lakin braziliyalı bu fikirdə deyil.
Xatırladaq ki, parislilər Çempionlar Liqasının 1/8 final mərhələsində Madrid “Real”ına uduzaraq (1:3, ümumi hesab 2:3) turnirə vida edib.