Cənubi Amerika yığmalarından boykot
Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) xüsusi yığıncağı keçirilib. Tədbir dünya çempionatlarının iki ildən bir təşkilinə həsr olunub.
Yığıncaqdan sonra KONMEBOL üzvləri birgə bəyanat yayıb. Bildirilir ki, FİFA-nın yeniliyinin heç bir səbəbi, üstünlüyü, əsası yoxdur: “Bu üzdən də KONMEBOL-a üzv olan 10 ölkə iki ildən bir keçiiriləcək dünya çempionatlarında oynamayacaq”.
Xatırladaq ki, yeni layihəni boykot edən KONMEBOL-a Braziliya, Argentina, Uruqvay, Paraqvay, Peru, Boliviya, Kolumbiya, Ekvador, Venesuela və Çili daxildir.