Cənubi Amerika yığmaları Millətlər Liqasında

Cənubi Amerika yığmaları Millətlər Liqasında

Millətlər Liqasının 2024/25 mövsümündə Cənubi Amerika komandaları da iştirak edəcək. Bunu UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek açıqlayıb.

Onun sözlərinə görə, 55 Avropa millisi ilə birlikdə KONMEBOL-a üzv olan 10 yığma da mübarizə aparacaq. Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Çili və Peru A, Boliviya, Paraqvay, Venesuela və Ekvador B liqasında qüvvəsini sınayacaq. Turnirin bütün görüşləri Avropada təşkil olunacaq.

ETOPAZ

Əvvəlki yazı

Qvardiolada koronavirus şübhəsi

Növbəti yazı

“İnter” Eriksenlə vidalaşdı