Buskets İnyestaya çatdı

Buskets İnyestaya çatdı

La Liqanın 32-ci turunda “Barselona” “Kadiz”ə məğlub olub (0:1). Matç kataloniyalıların futbolçusu Serxio Buskets üçün əlamətdar olub.

Yarımmüdafiəçi “Barselona”da keçirdiyi görüşlərin sayını 674-ə yüksəldib. O, Andres İnyestaya çatıb. Keçmiş komanda yoldaşları hazırda oyun sayında 3-cü pilləni bölüşür.

Buskets yalnız Xavi və Lionel Messidən geri qalır. Argentinalı 778 oyunla birinci, “Barselona”nın baş məşqçisi Ernandes isə 767 matçla ikinci pillədə qərarlaşır.

e-Topaz

Əvvəlki yazı

Moreno zədələndi

Növbəti yazı

“Kadiz”dən ilk, “Barselona”nın seriyası qırıldı