Burak Yılmaz “Reyms” yolunda
Mövsümün sonunda “Lill”dən ayrılan türkiyəli hücumçu Burak Yılmazın yeni klubunun adına aydınlıq gəlib. O, “Reyms”lə müqavilə imzalamaq üçün danışıqlar aparır.
Türkiyəli forvard iki mövsümlük müqaviləyə ümid edir. Burak özü də Avropa klublarından başqa təkliflərin olmasına baxmayaraq, Fransa klubuna keçməyə üstünlük verir.
Qeyd edək ki, 36 yaşlı hücumçu bu mövsüm “Lill”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb. O, 7 qol vurub, 5 məhsuldar ötürmə edib.