Bundesliqaya ilk vəsiqə
Bundesliqaya ilk vəsiqənin sahibi bəlli olub. “Darmştadt” 2023/24 mövsümündə Almaniya çempionatının elitasında oynayacaq.
Bu, 2-ci Bundesliqanın 33-cü turunda rəsmiləşib. “Maqdeburq”a 1:0 hesabı ilə qalib gələn “Darmştadt” Bundesliqada oynamaq hüququ qazanıb.
33 matçda 67 xal toplayan lider yarışın bitməsinə 2 tur qalmış buna nail olub. “Darmştadt” 3-cü pillədə qərarlaşan “Hamburq”la fərqi 7-yə çatdırıb.
Qeyd edək ki, “Darmştadt” 6 ildən sonra Bundesliqada oynayacaq.