Bundesliqada mütləq rekord

Bundesliqada mütləq rekord

“Bavariya” Bundesliqanın “Arminiya” ilə oyununda 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu Leroy Sane vurub.

Bu, Münhen klubunun 2021-ci ildə Bundesliqada vurduğu 102-ci qol olub. “Bavariya” bununla da Almaniya çempionatları tarixində yeni rekorda imza atıb.

Münhenlilər Bundesliqada bir ildə ən çox qol vuran komanda olub. “Bavariya” 1977-ci ildə 101 qola imza atan “Köln”ün göstəricisini arxada qoyub.

ETOPAZ

Əvvəlki yazı

Dünyanın ən yaxşı qapıçıları açıqlandı

Növbəti yazı

Kris Pol NBA-nın tarixinə düşdü