Bundesliqa klubunda yeni məşqçi

Bundesliqa klubunda yeni məşqçi

Almaniyanın “Volfsburq” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bu vəzifəyə Florian Kofeldt təyin olunub. Bundesliqa təmsilçisi 39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.

O, bir neçə gün öncə istefaya göndərilən Mark van Bommeli əvəzləyib. Almaniyalı mütəxəssisin son klubu “Verder” olub.

Xatırladaq ki, “Volfsburq” 9 turdan sonra 13 xalla Bundesliqada 9-cu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Xaviylə rekord

Növbəti yazı

Tolisso “Bavariya” ilə müqaviləni uzatmadı