Buker və Tauns 11.000-ə çatdılar

Buker və Tauns 11.000-ə çatdılar

NBA-nın növbəti oyun günündə “Suns” “Timbervolvs”u məğlub edib (125:116). Bu görüş “Finiks”in müdafiəçisi Devin Buker və “Minnesota”nın orta sahə oyunçusu Karl-Entoni Tauns üçün əlamətdar olub.

Onlar matçda 11.000 karyera xalına çatıblar. Buker 28 xal toplayıb və hesabını 11.005-ə çatdırıb var. Tauns isə 15 xal toplayaraq hesabını 11.008-ə yüksəldib.

Buker 11.000 səddini 25 yaşında keçib. Bunu daha erkən yaşda yalnız Lebron Ceyms, Kevin Durant və Kobe Bryant bacarıb.

e-Topaz

Əvvəlki yazı

İbrahimoviçə yeni müqavilə

Növbəti yazı

Böyük Britaniya hökumətindən “Çelsi” üçün yeni qərar