Buffon ən yaxşı seçildi

Buffon ən yaxşı seçildi

IFFHS dünyanın ən yaxşı qapıçılarının siyahısını təqdim edib. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası öz seçimini 1987-ci ildən bəri tərtib etdiyi ilin ən yaxşı qapıçıları cədvəlinə görə əsaslandırıb.

Xallar bu göstəricilərə görə verilib: qolkiper hansısa ildə birinci yeri tutubsa, 20 xal, 2-ci pillədə qərarlaşıbsa, 19 xal, 3 – 18 və s. Siyahıya Cianluici Buffon başçılıq edir:

  1. Cianluici Buffon – 357 xal
  2. İker Kasilyas – 260
  3. Manuel Noyer – 219
  4. Petr Çex – 218
  5. Edvin van der Sar – 201
  6. Peter Şmeyxel – 179
  7. Oliver Kan – 162
  8. Tibo Kurtua – 150
  9. Xose Luis Çilavert – 146
  10. Valter Zenqa – 132

ETOPAZ

Əvvəlki yazı

Əsrin rekordu

Növbəti yazı

PSJ Osimheni istəyir