De Brüyne üçün tərəddüd

De Brüyne üçün tərəddüd

“Mançester Siti”də ayrılıq baş verə bilər. Kevin de Brüynenin klubdakı taleyi sual altına düşüb.

Belçikalı yarımmüdafiəçi İngiltərə təmsilçisini tərk edə bilər. Premyer Liqa klubu futbolçusu ilə müqaviləni uzatmaqda tərəddüd edir. Buna səbəb Kevinin tez-tez zədələnməsidir. Öz mövqeyində ən yaxşılardan biri sayılan belçikalı yenə zədə üzündən komandadan ayrı düşüb. Bu da klub rəhbərliyinin ciddi narazılığına əsas verib.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan səfər qələbəsi

Növbəti yazı

Adams üçün mövsüm erkən bitdi