Bruno Fernandeşin müqaviləsi uzadılır

Bruno Fernandeşin müqaviləsi uzadılır


Portuqaliya millisinin futbolçusu Bruno Fernandeş və İngiltərənin “Mançester Yunayted” klubu yeni müqavilə imzalayacaq. Tərəflər anlaşmanın uzadılması ilə bağlı danışıqlara başlayıb. Yarımmüdafiəçi komandada qalmağa ilkin razılıq verib. Premyer Liqa klubu 26 yaşlı futbolçuya 2026-cı ilin yayında başa çatacaq müqavilə təklif edib. Bu, anlaşmanın daha bir il müddətinə uzadılmasıdır. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Xatırladaq ki, Fernandeş “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında “Sportinq”dən keçib.

ETOPAZ

Əvvəlki yazı

Beylin durumuna aydınlıq gəldi

Növbəti yazı

Andresku “Top-10”dan kənarda