“Bruklin”in tarixində ilk

“Bruklin”in tarixində ilk

“Bruklin” NBA-dakı növbəti matçında “Filadelfiya” ilə qarşılaşıb. 114:105 hesablı qələbəyə Kevin Dyurant daha çox töhfə verib. 34 xal, 11 ribaund və 8 ötürmə müəllifi kimi diqqət çəkən ulduz basketbolçu hər üç göstəricidə komandasının ən yaxşısı olub.

Hücumçu bununla da 1976-cı ildə NBA-da çıxış edən “Nets”in tarixinə düşüb. Kevin klubun heyətində ardıcıl üç oyunda hər üç göstəricidə ən yaxşı olmağı bacaran ilk basketbolçudur.

O, bu görüşlərdə orta hesabla 39,7 xal, 10,3 ribaund və 9,3 ötürməyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Öz sözümüzü deyə bilərik”

Növbəti yazı

2000-ci qələbə