“Bruklin”in sabiq müdafiəçisi İtaliya klubunda
Hücumameylli müdafiəçi İsayya Kordinyenin karyerasını davam etdirəcəyi bəlli olub. Fransa millisinin basketbolçusu İtaliya “Virtus”una keçəcək.
24 yaşlı oyunçu apenninlilərlə ilkin razılıq da əldə edib. Yaxın günlərdə tərəflər müqaviləni rəsmiləşdirəcək.
Kordinye ötən mövsümdə vətənində çıxış edib. O, “Nanter”in heyətində 34 oyunda orta hesabla 12 xal toplayıb.
Ötən ay “Bruklin” müdafiəçidən imtina edib. Bundan sonra basketbolçu azad agent statusu alıb.