“Bruklin” tarixində yeni rekordçu

“Bruklin” tarixində yeni rekordçu

Co Harris “Bruklin”in tarixinə düşüb. Müdafiəçi komandasının heyətində ən çox dəqiq üçxallıq atış edən basketbolçu olub.

Bu rekord “Mayami” ilə qarşılaşmada rəsmiləşib. 11 atışından 5-i dəqiq olan Harrisin komandası 93:106 hesabı ilə uduzub.

Müdafiəçin “Bruklin”in heyətindəki uğurlu üçxallıq atışlarının sayı 816-ya çatıb. 349 matçda 1855 belə cəhd edən Co “Nets”in tarixində mütləq rekordçu olub.

O, Ceyson Kiddə məxsus göstəricini arxada qoyub. Sonuncu 506 matçda 2377 cəhddən 813-də dəqiq olub.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” dayandı, “River Pleyt”in rekordu əlçatmaz qaldı

Növbəti yazı

Belçikalı futbolçu “Yuventus”a təklif olundu