“Brentford”da diskvalifikasiya
“Brentford”un oyunçusu İvan Toney futboldan uzaqlaşdırıla bilər. 26 yaşlı hücumçu 262 dəfə mərc qanunlarını pozmaqda günahlandırılır.
Toneyin dindirilmə zamanı bu iddiaların bir qismini qəbul etdiyi bildirilir. İngiltərə Futbol Federasiyası yaxın günlərdə qərarını açıqlayacaq. Forvardın ən az 6 ay futboldan diskvalifikasiya olunacağı gözlənilir.