“Brentford” Erikseni klubda saxlamağı düşünür
“Brentford” iyunda azad agent olacaq Kristian Erikseni heyətində saxlamağı planlaşdırır. “Arılar” Danimarka millisinin 30 yaşlı yarımmüdafiəçisinə yeni müqavilə təklif etmək niyyətindədir.
Klub Premyer Liqanın ilk 6-lığındakı komandalardan təklif almadığı təqdirdə Eriksenlə müqaviləni yeniləyəcəyinə əmindir. Futbolçu yanvarda “Brentford” ilə müqavilə imzalayıb və fevralın 26-da yeni klubunda ilk oyununu keçirib.