Braziliyadan böyükhesablı qələbə
Dünya çempionatının 1/8 final mərhələsinin 6-cı matçı keçirilib. Braziliya Cənubi Koreya ilə qarşılaşıb.
Görüş cənubi amerikalıların üstünlüyü ilə keçib. Pentakampeonlar 36 dəqiqəyə 4 qol vurub. Hesabı Vinisius açıb. Ardınca Neymar fərqi iki topa çatdırıb. Daha sonra Rişarlison və Lukas Paketa hərəyə bir dəfə fərqlənib. İkinci hissədə isə braziliyalılar təzyiqi azaldıb. Bundan istifadə edən asiyalılar qapıya bir neçə zərbə endirib. Bunlardan birində Sunq Ho Paik komandasının təsəlli qolunu vurub – 1:4.