Braziliya zirvədə, millimiz gerilədi

Braziliya zirvədə, millimiz gerilədi

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. 2022-ci ilin ikinci dəfə açıqlanan cədvəlində bir çox dəyişikliklər baş verib.

Buna DÇ-2022-nin müxtəlif konfederasiyalar üzrə seçmə oyunları, həmçinin çoxsaylı yoxlama görüşləri səbəb olub. Bu dəyişikliklər Azərbaycan millisindən də yan keçməyib.

Hesabat dövründə Malta və Latviyaya yoldaşlıq görüşündə eyni – 0:1 hesabı ilə məğlub olan Canni de Byazinin yetirmələri növbəti dəfə geriləyib. Budəfəki eniş 8 pilləlik olub. Əmsalı 1127-yə qədər azalan komandamız dünyanın 129-cu komandasıdır.

Qardaş Türkiyə millisi də geriləyərək, 1461 xalla 43-cüdür.

Qeyd edək ki, reytinqdə lider dəyişib. Braziliya 1832 xalla zirvəni ələ keçirib. Belçika (1827) ikinci pilləyə düşübsə, üçüncü sırada Fransa (1789) qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Fernandeş “Mançester Yunayted”lə yeni müqavilə imzalayacaq

Növbəti yazı

DÇ-2022-nin püşkatmasının səbətləri müəyyənləşdi