Braziliya və Argentina məğlub oldu

Braziliya və Argentina məğlub oldu

DÇ-2026-nın seçmə mərhələsinin növbəti matçları keçirilib. Son dünya çempionu Argentina məğlub olub.

Lionel Skaloninin yetirmələri səfərdə Kolumbiya ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 2:1.

Cənubi Amerikanın daha bir nəhəngi Braziliya millisi Paraqvayla üz-üzə gəlib. “Sambaçılar” oyundan minimalhesablı məğlubiyyətlə ayrılıb – 0:1.

Bu gün baş tutan digər matçlarda Boliviya Çilini (2:1), Ekvador Perunu (1:0) üstələyib. Venezuela Uruqvay matçında isə hesab açılmayıb – 0:0.

ETOPAZ

Əvvəlki yazı

Hamidu Keyta “Konyaspor”da

Növbəti yazı

Poçettinonun yeni iş yeri bəlli oldu