Braziliya və Xorvatiya asiyalılarla üz-üzə
Bu gün DÇ-2022-də 1/8 finalın daha iki oyunu keçiriləcək. Bu matçlardan sonra 1/4 finalın daha bir cütü bəlli olacaq.
Qətərdəki mundialın 16-cı günü Yaponiya və Xorvatiya milliləri arasında görüşlə başlayacaq. Almaniya və İspaniyanın yer aldığı “Öıüm qrupu”nda birinci olan asiyalılar bu adlı-sanlı rəqibləri məğlub etdikləri kimi Xorvatiyanı da üstələməyə çalışacaq. Görüşün favoriti olan son mundialın vitse-çempionu isə sensasiyaya imkan verməmək niyyətindədir.
Bu cütün qalibi 1/4 finalda Braziliya – Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Pentakempeonlar əsas favorit olduğu çempionatda növbəti addımını atmalıdır. Asiyalılar isə növbəti dəfə təəccübləndirmək arzusundadır.
DÇ-2022
1/8 final
5 dekabr
19:00. Yaponiya – Xorvatiya
“Al Janub” stadionu
23:00. Braziliya – Cənubi Koreya
Stadion 974