Braziliya milisinin sabiq futbolçusu fırıldaqçılıqda ittiham olunur
Braziliya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Luis Andersona cinayət işi açılıb. Sabiq yarımmüdafiəçi kriptovalyuta ilə bağlı cinayət qrupunda yer almaqda ittiham olunur. Oğurluq, fırıldaqçılıq və pulların yuyulmasında ümumilikdə 8 nəfər günahlandırılır. Onlar kriptovalyuta əməliyyatlarında fırıldaqlara əl atıblar. Bu cinayətkar qrupun şirkətlərin birindən 4,7 milyon avro oğurladığı bildirilir.
2007-ci ildə “Porto”dan “Mançester Yunayted”ə 31,5 milyon avroya transfer olunan Anderson 2015-ci ilədək İngiltərə təmsilçisində çıxış edib.