Braziliya klubundan Kavaniyə təklif
“Mançester Yunayted”in futbolçusu Edinson Kavani karyerasını Braziliyada davam etdirə bilər. “Korintians” klubu hücumçunu heyətinə qatmaq istəyir.
34 yaşlı futbolçunun nümayəndələri A seriyası təmsilçisi ilə danışıqlara da başlayıb. Mançester təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq uruqvaylı azad agent kimi Cənubi Amerikaya qayıda bilər.
Qeyd edək ki, Edinson cari mövsümün 8 oyununda 1 qol vurub.