“Böyük dəbilqə”nin 5 sensasiyası
ATP “Böyük dəbilqə” turnirlərinin 2021-ci ildəki 5 ən böyük sensasiyasını açıqlayıb. “US Open”in iki, digər turnirlərin hərəsindən bir matç “Top-5”ə düşüb. Ən sensasiyalı qələbə Karlos Alkarasın hesabındadır.
1. Karlos Alkarasın Stefanos Tsitsipas üzərində qələbəsi (“US Open”, 3-cü mərhələ)
2. Hubert Hurkaçın Rocer Federer üzərində qələbəsi (“Uimbldon”, 1/4 final)
3. Aslan Karatsevin Feliks Oje-Alyassim üzərində qələbəsi (“Australian Open”, 4-cü mərhələ)
4. Byutik van de Zindşulpun Kasper Ruud üzərində qələbəsi (“US Open”, 2-ci mərhələ)
5. Pablo Anduxarın Dominik Tim üzərində qələbəsi (“Rolan Qarros”, 1-ci mərhələ)