“Böyük dəbilqə”lərdə yenilik

“Böyük dəbilqə”lərdə yenilik

“Böyük dəbilqə” turnirlərində tay-breyk qaydası dəyişib. Bu yenilik “Australian Open”, “Rolan Qarros”, “Uimbldon” və “US Open”ə şamil olunacaq.

Yarışların həlledici setlərində tay-breyk 10 xaladək oynanılacaq. 5-ci set 6:6 hesabı ilə bitsə, super tay-breyk adlanan oyun keçiriləcək. Burada qələbə üçün 10 xal və rəqibi iki top fərqi ilə üstələmək lazım gələcək.

Bunadək tay-breykdə 7 xal toplayan tennisçi qələbə qazanırdı. Yenilik mayın 22-də start götürəcək “Rolan Qarros”dan başlayaraq qüvvəyə minəcək.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo Kasilyasın rekordunu qırdı

Növbəti yazı

PSJ Konte ilə danışıqlara başladı