“Böyük dəbilqə”də ilk dəfə

“Böyük dəbilqə”də ilk dəfə


18 yaşlı Emma Radukanu “US Open”in finalına yüksəlib. Böyük britaniyalı tennisçi yarımfinalda Mariya Sakkariyə qalib gəlib – 6:1, 6:4. Karyerasında ikinci dəfə “Böyük dəbilqə” turnirinə qatılan Emma təsnifat mərhələsindən mübarizəyə başlayaraq finala qədər irəliləyib. O, belə uğura imza atan ilk tennisçidir. Ona qədər “Böyük dəbilqə” turnirlərində təsnifat mərhələsində yarışa başlayan heç bir tennisçi finala vəsiqə qazanmayıb.
“US Open” ərəfəsində dünyanın 150-cisi olan Radukanu turnirdə bir set də uduzmayıb. Onun finaldakı rəqibi 19 yaşlı kanadalı Leyla Fernandes olacaq.

ETOPAZ

Əvvəlki yazı

Messi Peleni keçdi

Növbəti yazı

“Arsenal” Obameyanqa əvəzləyici tapdı