Böyük Britaniyada yeni “1 nömrə”
Dünyanın 26-cı raketkası Kemeron Norri İndian-Uellsdəki “Masters”in yarımfinalına yüksəlib. O, 1/4 finalda Dieqo Şvartsmana qalib gəlib – 6:0, 6:2.
O, cəmi iki qeym uduzaraq karyerasının ATP turnirlərindəki ən böyük qələbəsini təkrarlayıb. Norri indiyədək iki dəfə belə uğura sevinib.
Mövsümdə 45-ci qələbəsini qazanan Kemeron bu göstəricidə 6-cı sıradadır. O, ATP-nin yeni reytinqində Den Evansı keçərək Böyük Britaniyanın 1 nömrəli raketkası olacaq.