“Böyük beşlik”də 800-cü oyun

“Böyük beşlik”də 800-cü oyun

İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti “Böyük beşlik” liqalarında 800-cü oyununu keçirib. Bu, La Liqanın V turunun “Valensiya” ilə matçına təsadüf edib.

Madrid təmsilçisi bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. Bu qarşılaşma Ançelottinin “Real”da 81-ci oyunu olub.

“Böyük beşlik” liqalarının hamısında çalışmış italiyalı mütəxəssis 800 oyuna 9 klubda çatıb. İspaniyada “Real”a rəhbərlik edən Ançelotti İtaliyada “Parma” (68 oyun), “Yuventus” (84 oyun), “Milan” (283 oyun) və “Napoli”də (53 oyun), İngiltərədə “Çelsi” (76 oyun) və “Everton”da (58 oyun), Fransada PSJ-də (57 oyun), Almaniyada “Bavariya”da (40 oyun) çalışıb.

ETOPAZ

Əvvəlki yazı

Naomi Osaka gerilədi

Növbəti yazı

Benitesə görə Premyer Liqadan gedir