“Böyük beşlik”də ən çox qırmızı vərəqə alanlar
“Böyük beşlik” liqalarında son 22 ildə ən çox qırmızı vərəqə alan klubların siyahısı açıqlanıb. 2000-ci ildən başlayan dövrdə iki klub daha çox cəzalanıb.
Bunlar “Latsio” və “Sevilya”dır. Hər iki klub bu müddətdə bütün turnirlərdə üst-üstə 181 qırmızı vərəqə alıb.
İlk “üçlüy”ü “Valensiya” qapayır – 175. “Roma” və “Espanyol”da ön sıralardadır. Bu komandalar müvafiq olaraq 164 və 158 qırmızı vərəqə görüb.