“Boston”un rekordu təkrarlandı
“Boston”un basketbolçusu Ceyson Teytum “Bruklin”lə matçın qəhrəmanı olub. O, bu oyunda 54 xal toplayıb.
Hücumçu 126:120 hesablı qələbəyə verdiyi töhfə ilə klub rekordunu təkrarlayıb.
Teytum “Seltiks”in heyətində 4-cü dəfə bir oyunda 50 və ya daha çox xal yığıb. O, bununla da əfsanəvi Larri Berdə çatıb. Sonuncunun da aktivində 4 belə qarşılaşma var.