“Boston”dan 15 oyuna 13 qələbə

“Boston”dan 15 oyuna 13 qələbə

NBA-nın növbəti oyun günündə “Seltiks” “Qrizlis”i məğlub edib (120:107). “Boston”un basketbolçusu Ceyson Tatum komandanın uğurlu seriyasını davam etdirməsində pay sahibi olub.

Tatum “Memfis” ilə görüşün dördüncü rübündə 9 dəfə 3 xallıq atış edərək 21 xal toplayıb. Ümumilikdə martın 3-də 24 yaşını qeyd edən Ceysonun aktivində 37 xal, 6 ribaund və 5 məhsuldar ötürmə var.

Bu qələbə ilə “Boston”un uğurlu seriyası davam edib. “Seltiks” son 15 oyunda 13 qələbə qazanıb. Komanda Şərqdə 5-cidir.

ETOPAZ

Əvvəlki yazı

“Betis” 2005-dən bəri ilk dəfə

Növbəti yazı

Vaynaldum Premyer Liqa klubunun hədəfində