“Boston”dan 13 ilin ən yaxşı startı

“Boston”dan 13 ilin ən yaxşı startı

“Boston” yeni mövsümə ardıcıl iki qələbə ilə başlayıb. İlk oyunda “Filadelfiya”nı 126:117 hesabı ilə üstələyən “Seltiks” ardınca “Mayami”ni də məğlub edib – 111:104.

Bu, klub tarixində son 13 ilin ən yaxşı startıdır. Bostonlular 2009-cu ildə Dok Riversin rəhbərliyi altında ilk iki matçda qalib gəlib.

Qeyd edək ki, hazırda “Seltiks”ə Co Mazzulla rəhbərlik edir. O, İme Udoka cari mövsümlük işindən kənarlaşdırıldığı üçün bu vəzifəni yerinə yetirir.

ETOPAZ

Əvvəlki yazı

Qəbələdə sülh, “Zirə”dən qələbə

Növbəti yazı

Tsitsipas Alkarasa çatdı