“Boston”da cəza
“Boston” basketbolçusu Markus Smartı cəzalandırıb. Müdafiəçi klubun daxili qaydalarını pozduğu üçün 1 matçlıq cəza alıb.
Smart “Mayami” ilə yoxlama oyununu buraxacaq. Basketbolçu qayda pozuntusu ilə bağlı klub rəhbərliyi ilə danışıb və tərəflər razılığa gəliblər. O, komandası ilə birlikdə Floridadakı qarşılaşmaya yollanıb.