“Boston” baş məşqçisini gözləyir

“Boston” baş məşqçisini gözləyir

“Boston”un yeni baş məşqçisi İme Udokanın komandasının təlim-məşq toplanışındakı iştirakı sual altındadır. Bir müddət əvvəl koronavirusa yoluxan 44 yaşlı mütəxəssisin hazırlığın startına yetişəcəyi bəlli deyil.

Baş məşqçi özünü yaxşı hiss etsə də, onun komandaya nə vaxt qatılacağı dəqiqləşməyib. Heç bir simptomu olmayan Udoka özünü buna tam hazır sayır.

10 günlük karantinə alınan çalışdırıcı bu həftə start götürəcək hazırlıq prosesinə qədər komandaya qoşula da bilər. Lakin bunun üçün təkrar testin nəticələri önəmli olacaq. Vaksinasiya olunan Udoka problemi tezliklə arxada qoyacağına ümid edir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 28.09.2021

Növbəti yazı

Eşli Bartidən imtina