“Boston” 5 nömrəni əbədiləşdirir

“Boston” 5 nömrəni əbədiləşdirir


NBA-nın “Boston Seltiks” klubu 5 nömrəli formanı əbədiləşdirir. Sabiq ulduzu Kevin Qarnettin daşıdığı formanı heç bir oyunçu geyinməyəcək. Bununla bağlı tədbir qarşıdakı mövsümdə təşkil olunacaq.
Boston təmsilçisinin rəhbərliyi bu barədə qərarı hələ ilin əvvəlində versə də, koronavirus pandemiyası üzündən tədbiri təxirə salmışdı.
NBA əfsanələrindən olan Kevin 2007-13-cü illərdə bu komandanın şərəfini qoruyub. O, 2008-ci ildə bostonlularla çempionluq sevinci yaşayıb.

ETOPAZ

Əvvəlki yazı

ABŞ klubu Messi ilə danışıqlar aparır

Növbəti yazı

İlk dəfə 2-ci pillədə