“Borussiya”dan ilk transfer

“Borussiya”dan ilk transfer

Dortmund “Borussiya”sının ilk yay transferi bəlli olub. Niko Şlotterbek mövsümün sonunda dortmundlulara qoşulacaq.

“Frayburq”un 22 yaşlı müdafiəçisi üçün 20 milyon avro ödəniləcək. Niko ildə 6 milyon avro qazanacaq.

Neçə müddətdir müdafiəçi ilə danışıqlar aparan “Bavariya” daha yaxşı şərtlər təklif etsə də, Şlotterbek “Borussiya”nı seçib. “Karlsrue” və “Frayburq”un yetirməsi sayılan Niko 2019-cu ildə Bundesliqada debüt edib.

Qeyd edək ki, müdafiəçi cari mövsümün 29 matçında 4 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında həftənin ən yaxşıları

Növbəti yazı

Runi yenidən Premyer Liqaya dönə bilər