“Borussiya”da yeni baş məşqçi

“Borussiya”da yeni baş məşqçi

Dortmund “Borussiya”sının yeni baş məşqçisi bəlli olub. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Bundesliqa təmsilçisini Edin  Terziç çalışdıracaq. Onunla 2025-ci ilin yayına kimi müqavilə imzalanıb. 

39 yaşlı mütəxəssis bu vəzifədə Marko Rozeni əvəzləyib. Bunadək “Borussiya”nın texniki direktoru vəzifəsində çalışan Terziç 2018-ci ildən “Borussiya”da fəaliyyət göstərir. O, əvvəl Lüsien Favrın köməkçisi, baş məşqçinin 2020-ci ilin yanvarındakı istefasından sonra 2021-ci ilin yayınadək əvəzləyicisi olub.

ETOPAZ

Əvvəlki yazı

İkinci “Qızıl buts”

Növbəti yazı

Nadaldan yeni rekord