“Borussiya” Halanda əvəzləyici tapdı
Dortmund “Borussiya”sı heyətinə yeni futbolçu qatıb. Erlinq Halandı “Mançester Siti”yə satan Almaniya klubu “Zalsburq”dan Kərim Adeyemini transfer edib.
Hücumçu ilə 5 illik müqavilə imzalanıb. 20 yaşlı forvard “Zalsburq”da keçirdiyi 41 oyunda 23 qol vurub.