Bonzi rekordu təkrarladı

Bonzi rekordu təkrarladı

25 yaşlı Bencamin Bonzi ardıcıl 3-cü “Çelencer” turnirinin qalibi olub. O, Fransanın Renn şəhərindəki yarışda qələbə qazanıb.

Fransalı bununla da dünyanın 61-ci raketkası olmaq imkanı əldə edib. Bu, Bonzinin şəxsi rekordudur.

Bencamin son 5 ildə ardıcıl üç “Çelencer”də qalib gələn ilk tennisçidir. Bunadək San-Trope və Kassisdə də çempion olan fransalı ardıcıl 20 qələbə qazanmaqla bu seriyalı turnirlərdə son 4 ildə ən yaxşı nəticəyə imza atıb.

Bonzi mövsümdə 6 dəfə “Çelencer”in çempionu olan 4-cü tennisçidir. O, 1998-ci ildə Yunis El-Aynaui, 2001-ci ildə Xuan İqnasio Çela, 2016-cı ildə Fakundo Banisin imza atdığı rekordu təkrarlayıb.

ETOPAZ

Əvvəlki yazı

Qudvin “Boston”da bəyənildi

Növbəti yazı

Messi Poçettinonun əlini sıxmaqdan imtina etdi