Boatenq “Salernitana”da

Boatenq “Salernitana”da

“Salernitana” heyətini yeni futbolçu ilə gücləndirib. Klub “Bavariya”nın və Almaniya millisinin sabiq müdafiəçisi Cerom Boatenqi transfer edib.

Bunu italiyalıların mətbuat xidməti açıqlayıb. Boatenq 10 il “Bavariya”da çıxış edib. Bu müddət ərzində arxa xətt oyunçusu 25 kubok qazanıb. Onun son komandası “Lion” olub. Boatenqin Fransa klubu ilə müqaviləsi ötən il iyulun 1-də başa çatıb. Tərəflər əməkdaşlığı yeniləməmək qərarına gəliblər.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” Broyanın keçidindən qazanc əldə etməyə bilər

Növbəti yazı

Günün kuponu – 03.02.2024