Beyl “Osasuna” ilə oynamayacaq

Beyl “Osasuna” ilə oynamayacaq

“Real” La Liqanın “Osasuna” ilə oyunu ərəfəsində daha bir itki ilə üzləşib. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Qaret Beyl XXXIII turun matçını buraxacaq. Uelslinin oynamayacağının səbəbinə aydınlıq gətirilməyib.

“Osasuna” ilə matçda Kazemiro, Luka Yoviç və Mariano Dias da meydana çıxmayacaq. Bu oyunçular zədədən əziyyət çəkir. Luka Modriçə isə istirahət verilib.

Qeyd edək ki, cari mövsümdə cəmi 7 matça çıxan Beyl 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Elxan Məmmədov FIFA-da direktor təyin edildi

Növbəti yazı

Di Mariyaya Portuqaliyadan təklif