Beyl La Liqada qalır

Beyl La Liqada qalır

“Real”ın hücumçusu Qaret Beyl növbəti mövsümü də La Liqada keçirə bilər. Uels millisinin kapitanı İspaniya klublarından birinə keçmək niyyətindədir.

Yayda “kral klubu”nu tərk edəcəyi dəqiq olan Beylin həm özü, həm də ailəsi İspaniyadakı həyat tərzini sevir. 32 yaşlı ulduz futbolçu La Liqa klublarının təklifini dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, 2013-cü ildən “Real”da çıxış edən Qaret Beyl Madrid klubunun heyətində 258 oyunda 106 qol vurub, 67 assist edib.

ETOPAZ

Əvvəlki yazı

Muqurusadan irəliləyiş

Növbəti yazı

Fernandeş qəza törətdi