“Betis” 2005-dən bəri ilk dəfə
Kral kubokunun yarımfinal görüşləri başa çatıb. İkinci finalçının adı müəyyənləşib. “Betis” “Rayo Valyekanonu” (ümumi hesab 3:2) məğlub edib. Manuel Pelleqrininin komandası həlledici görüşdə “Atletik”i (ümumi hesab 2:1) məğlub edərək finala vəsiqə qazanan “Valensiya” ilə qarşılaşacaq.
“Betis” bununla da, 17 illik sindroma son qoyub. Klub 2005-ci ildən bəri ilk dəfə Kral kubokunun finalında çıxış edəcək. 2005-ci ildə “Betis” finalda “Osasuna”nı əlavə vaxtda vurduğu qol sayəsində 2:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, İspaniya kubokunun finalı aprelin 23-nə təyin edilib.