“Beşiktaş”ın prezidenti koronavirusa yoluxdu
Türkiyənin “Beşiktaş” klubu xoşagəlməz hadisə ilə üzləşib.. Belə ki, prezidenti Ahmet Nur Çebi koronavirusa yoluxub.
63 yaşlı funksionerin verdiyi testin nəticəsi pozitiv çıxıb. Nur Çebi dərhal karantinə alınıb və onun müalicəsinə başlanılıb.