Berrettini 1/4 finalda

Berrettini 1/4 finalda

Dünyanın sabiq altıncı raketkası Matteo Berrettini zədədən sonra qatıldığı ilk turnirin 1/4 finalına yüksəlib. “US Open”inin ikinci mərhələsinin matçında xəsarət aldıqdan sonra italiyalı kortlardan kənar qalmışdı.

Matteo Finiksdəki “çelencer”in 1/8 finalında Artur Kazoya qalib gəlib – 3:6, 6:1, 7:5. O, 1/4 finalda Terens Atmanla qarşılaşacaq.

Matteonun növbəti turniri Mərrakeşdə olacaq. O, aprelin 1-7-də keçiriləcək ATP-250-də qüvvəsini sınayacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz Kupon – 17.03.2024

Növbəti yazı

“Atletiko”dan Koke qərarı