Benziadan het-trik, “Qarabağ”dan böyükhesablı qələbə

Benziadan het-trik, “Qarabağ”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XII turun ikinci gününə start verilib. Günün ilk matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Son çempion “Qarabağ” autsayder “Kəpəz”i qəbul edib. Meydan sahiblərinin aşkar üstünlüyü ilə keçən görüşdə Ağdam klubu böyük hesabla qalib gəlib – 7:1.

Artıq ilk hissədə beş dəfə fərqlənən “Qarabağ”ın heyətində Yassin Benzia üç, Leandro Andrade iki, Olavio Juninyo və Nəriman Axundzadə hərəyə bir dəfə fərqlənib. Qonaqların yeganə qoluna  Adama Niane imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Gülər debütə yaxındır

Növbəti yazı

“Sumqayıt”dan iki cavabsız qol