“Sumqayıt”dan iki cavabsız qol
Azərbaycan Premyer Liqasında XII turun ikinci gününə yekun vurulub. Günün ikinci matçında “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.
Hər hissədə bir qol vuran meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. İlk yarıda Rövlan Muradov hesabı açıb.
Sumqayıtlılar ikinci 45 dəqiqədə fərqi artırıblar. Roi Kehat qonaqların qapısına yol tapıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.