Benzemaya 1 illik şərti həbs cəzası
Fransa millisinin və “Real”ın futbolçusu Kərim Benzemanın məhkəməsi başa çatıb. Versal məhkəməsi yığmadakı sabiq komanda yoldaşı Matye Valbuenanın şantaj edilməsi ilə bağlı hökm oxuyub.
Hücumçu bu cinayətdə günahkar hesab edilib. Benzema şantaj cəhdinin iştirakçılarından biri sayılıb. Ona bir il şərti həbs cəzası və 75 min avro cərimə kəsilib.
Qeyd edək ki, Benzema 2015-ci ildə Valbuenanı intim xarakterli videolarının yayılmaması üçün şantajçılara pul ödəməyə sövq edib.