Benzemadan rekord
İspaniyanın “Real” klubu son 34 ildə özünün ən məhsuldar startına imza atıb. Karlo Ançelottinin yetirmələri La Liqanın ilk 6 turunda 21 qol vurub.
Madridlilərin belə məhsuldarlığına sonuncu dəfə 1987/88 mövsümündə təsadüf olunub. Həmin vaxt komanda 26 qola imza atıb.
“Real”ın “Malyorka” üzərində 6:1 hesablı qələbəsində 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənən Kərim Benzema da rekord müəllifi olub. O, ilk 6 turda 15 xal (8 qol + 7 assist) imza atıb.
Bu, “Böyük beşlik” liqaları üçün XXI əsrin rekordudur. Qitənin ən güclü 5 çempionatında heç bir futbolçu startdakı 6 matçda 15 xal toplamayıb.