Benzema yeni müqavilə imzalayacaq

Benzema yeni müqavilə imzalayacaq

“Real” yaxın müddətdə futbolçusu Kərim Benzema ilə sözləşməsini yeniləyəcək. İspaniya mətbuatı xəbər verirki, Madrid təmsilçisi artıq 34 yaşlı hücumçu ilə müqaviləni uzatmaq üçün razılaşıb.

Tərəflər yaxında 2024-cü ilin yayınadək müqavilə imzalayacaqlar. Benzemanın indiki müqaviləsi isə 2023-cü ilin yayına qədərdir.

Xatırladaq ki, Benzema “Real”a 2009-cu ilin yayında “Lion”dan gəlib. Hücumçu bu sezon bütün turnirlərdə 10 oyunda 5 qol vurub və 1 qolun ötürməsini verib.

ETOPAZ

Əvvəlki yazı

52 milyonluq müqavilə

Növbəti yazı

Nakamura kariyerasını bitirəcək